Bu gün Binə ticarət mərkəzində mağaza sahibləri etiraz aksiyası keçiriblər.
13:10
Bir sıra KİV-lərdə Binə ticarət mərkəzində aksiyanı dağıtmaq üçün polisin rezin güllələrdən istifadə etməsi barədə xəbərləər yayılıb.Daxili işlər nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə Gün.Az-ın müxbirinə bildirib ki, etiraz edənlərə qarşı rezin güllələrin istifadə edilməsi barədə məlumat həqiqətə uyğun deyil.“Binə ticarət mərkəzində bir qrup insane qiymət qaldırılmasına qarşı etiraz edib. Hadisə yerinə polis əməkdaşları göndərilib və hadisənin qarşısı alınıb. Bu zaman rezin güllələrdən istifadə olunması xəbəri isə həqiqətə uyğun deyil”.
11:44
AZXEBER.COM-a bu barədə məlumat verən hadisə şahidlərindən biri qeyd edib ki, mağaza sahibləri icra haqqının artırılması və kassa aparatlarının quraşdırılmasına etiraz əlaməti olaraq ərazidən keçən yolu bağlayıblar və avtomobillərin hərəkəti mümkünsüz olub.