DİN-də ‘Eurovision’la bağlı tədbir

DİN-də ‘Eurovision’la bağlı tədbir
Bütün Xəbərlər
18:51 18.04.2012
1386

Aprelin 18-də daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov «Eurovision» Mahnı Müsabiqəsi ərəfəsində Azərbaycan paytaxtında ictimai təhlükəsizliyin təmini ilə bağlı görülmüş işlərlə tanış olmaq üçün Bakıya gəlmiş Avstriyanın Daxili İşlər Nazirliyinin və Vyana polisinin nümayəndələri ilə görüşüb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, O.Zalov müsabiqə iləəlaqədar hazırlıq işlərinin vəziyyəti barədə danışıb və bunun dövlət başçısının şəxsi nəzarətində olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, beynəlxalq tədbirin təşkilində Daxili İşlər Nazirliyinin də üzərinə mühüm vəzifələr düşür və bu istiqamətdə xüsusi Tədbirlər Planı hazırlanaraq icra edilməkdədir. Polisin qarşısında duran əsas vəzifə isə müsabiqəərəfəsində və dövründə paytaxtda ictimai asayişin vəəmin-amanlığın nümunəvi qorunması, təhlükəsizlik baxımından digər analoji tədbirlər kimi bu beynəlxalq yarışmanın da ən yüksək səviyyədə keçirilməsini təmin etməkdir ki, həmin məqsədlə nazirliyin rəhbərliyi bütün zəruri tədbirləri görür. Nazir müavini iki gün ərzində DİN-in Çevik Polis Alayında təşkil olunmuş təlimlərdə iştiraklarına və müsabiqə öncəsi xidməti fəaliyyətin səmərəliyinin daha da artırılması məqsədi ilə verdikləri təkliflər üçün qonaqlara minnətdarlığını bildirib. Avstriya Daxili İşlər Nazirliyinin idarə rəisi Aleksander Marakovits səfərlərinin məqsədinin Bakıda «Eurovision-2012» mahnı müsabiqəsi və genişmiqyaslı digər tədbirlər zamanı ictimai asayişin qorunması və təhlükəsizliyin təmini sahəsində polis əməkdaşları üçün təlimin keçirilməsi olduğunu diqqətə çatdırıb. Qonaq bu istiqamətdə DİN tərəfindən bütün zəruri təşkilati-praktik tədbirlərin görüldüyünü, həmin nüfuzlu yarışma öncəsi asayiş keşikçilərinin peşəkarlığının yüksək səviyyəyə çatdığını qeyd edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
16:52 09.08.2025
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
16:32 09.08.2025
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
16:12 09.08.2025
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
15:51 09.08.2025
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
Bakıda it oğurlayan şəxs həbs edildi
15:39 09.08.2025
Bakıda it oğurlayan şəxs həbs edildi
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
15:11 09.08.2025
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
15:05 09.08.2025
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
15:03 09.08.2025
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
14:52 09.08.2025
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
14:29 09.08.2025
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
14:17 09.08.2025
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
14:02 09.08.2025
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
13:49 09.08.2025
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
Şəkidə 5 otaqlı evdə yanğın olub
13:40 09.08.2025
Şəkidə 5 otaqlı evdə yanğın olub
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
13:35 09.08.2025
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
13:25 09.08.2025
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı