DİN-dən açıqlama: 'Bu adam generala böhtan atır, cavabını verəcək'

DİN-dən açıqlama:
Bütün Xəbərlər
12:36 29.10.2014
1297

Oktyabrın 27-də Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham sabiq hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə keçirilən məhkəmə prosesində zərəçəkmiş Ramazan Səlimov sərbəst ifadəsində bir çox şəxslərin adını çəkdi. Həmin şəxslər arasında Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Sahib Mirzəyevin də adını hallandırdı.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə virtualaz.org saytına açıqlamasında Ramazan Səlimovun Sahib Mirzəyevlə bağlı  ifadəsində göstərdiklərini şər və böhtan adlandırıb: “Bu adam yalan danışır. Onun dediklərinin heç bir əsası yoxdur. Sahib Mirzəyev ümumiyyətlə Kriminalistika İdarəsində rəis işləməyib. Ramazan Səlimov genaral barəsində şər və böhtan xarakterli məlumat yaydığına görə məhkəmədə cavab verməli olacaq”.

Ramazan Səlimovun vəkili İradə Cavadova virtualaz.org saytına zərərçəkmiş şəxsin Sahib Mirzəyevi şəxsən tanımadığını dedi: “Ramazan Səlimov deyir ki, məmurlara bağışladığı hədiyyələrin hamısını Həsən Əliyevin tapşırığı ilə alıb. Bu işdə ona Tariyel Haqverdiyev yaxından “köməklik” edib. Elə Tariyel deyib ki, pul ver, Sahib müəllimin nəvələrinə hədiyyə alaq. Ramazan demir ki, mən aparıb hədiyyə vermişəm. Deyir ki, hədiyyə almaq məqsədilə məndən pul alıblar. Yəni Ramazan heç Sahib müəllimin soyadını da bilməyib. Növbəti dəfə Sahib müəllimin nəvələrinə sırğa almaq təklif edildikdə o, Tariyelə 2500 manat verib. “Gənclik” univermağından alınan hədiyyə qutusunun içinə də baxmayıb, hədiyyənin şəxsən kimə verildiyi Ramazana məlum olmayıb. O, sadəcə pulu Tariyelə verib, vəssalam. Bu, istintaqın işi idi. Bunu istintaq aydınlaşdırmalı idi. Tariyel Haqverdiyevi çağırıb niyə soruşmayıblar ki, hədiyyəni kimə, nə məqsədlə verib? Bəlkə kiminsə adından istifadə edib, bəlkə qutunun içi boş olub...”

 

OXŞAR XƏBƏRLƏR