DİN-dən Şamaxıdakı qəza ilə bağlı rəsmi məlumat

DİN-dən Şamaxıdakı qəza ilə bağlı rəsmi məlumat
Bütün Xəbərlər
13:25 05.01.2015
1344
Şamaxı rayonunun Acıdərə kəndində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, yanvarın 4-də saat 15 radələrində Şamaxı rayonunun Acıdərə kəndində Sabirabad rayon sakini Vaqif Ağayev idarə etdiyi "Hovo" markalı yük avtomobilini Ağsu rayon sakini Elmin Əiyevin idarə etdiyi "Mercedes" markalı avtomobilin üzərinə aşırmış, sonradan sürüşərək qarşıdan gələn Bakı şəhər sakini Zöhrab Abbasovun idarə etdiyi "Mercedes" markalı avtomobilə vurub.
Nəticədə E.Əliyev və sərnişinləri - Bakı şəhər sakinləri Azər Abbasov, Əntiqə Əiyeva və Fərid Əliyev, habelə V.Ağayev və sərnişini - paytaxt sakini Vaqif Baxşəliyev hadisə yerində ölüb, Z.Abbasovun 1 sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR