DİN intihar edən polislə bağlı məlumat yaydı

DİN intihar edən polislə bağlı məlumat yaydı
Bütün Xəbərlər
14:26 15.07.2013
966

Daxili İşlər Nazirliyi Bakıda xidməti silahından atəş açaraq özünü öldürən polis əməkdaşı ilə bağlı məlumat yayıb.

AZXEBER.COM nazirliyin saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, iyulun 13-də Sabunçu rayonu 2-ci Zabrat qəsəbəsinin ərazisindəki qəbiristanlıqda Nərimanov RMİ-nin əməkdaşı, polis serjantı Əli Novruzov xidmət zamanı tabel silahından atəş açaraq özünü öldürüb.

Hadisə yerindən 1 ədəd xidməti “Makarov” markalı tapança, 2 ədəd daraq, 15 ədəd patron və 1 ədəd giliz götürülüb.

OXŞAR XƏBƏRLƏR