DİN İqbal Ağazadənin mitinqinin dağıdılması haqda xəbəri təkzib etdi

DİN İqbal Ağazadənin mitinqinin dağıdılması haqda xəbəri təkzib etdi
Bütün Xəbərlər
00:06 23.09.2013
886

Azərbaycan DİN-nin mətbuat ximətinin rəhbəri Sadiq Gözəlov prezidentliyə namizəd İqbal Ağazadənin tərəfdarlarının təşkil etdikləri mitinqin dağıdılması ilə bağlı xəbəri təkzib edib.

"Mitinqin dağıdılması haqda xəbər həqiqətə uyğun deyil", deyən Gözəlov onu da əlavə edib ki, aksiya zamanı heç bir insident qeydə alınmayıb. "İqbal Ağazadənin tərəfdarları ilə görüşü üçün Ağstafa rayonundakı stadionda yer ayrılıb. Lakin mitinqə cəmi 70-80 nəfər gəlmişdi. Ağazadənin tərəfdarları isə bildiriblər ki, mitinq dağıdılıb və Ağstafanın mərkəzində nümayiş göstərməyə cəhd ediblər. Ancaq polis buna mane olub və mitinq iştirakçılarına stadiona qayıtmağı xahiş edib", deyə Gözəlov bildirib.

OXŞAR XƏBƏRLƏR