DİN müsabiqə elan etdi

DİN müsabiqə elan etdi
Bütün Xəbərlər
16:19 27.07.2015
1009
2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə kursant qəbulu müsabiqəsi elan edilib.AZXEBER.COM TQDK-nın rəsmi saytına istinadən xəbər verir ki, müsabiqədə 2015-ci ildə DİN-in Polis Akademiyasında və MTN-nin Akademiyasında xüsusi həkim komissiyasından keçmiş, lakin test imtahanının nəticəsinə əsasən, müsabiqədən keçməyən 150 və daha yüksək bal toplayan 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər.Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul olunmuş abituriyentlər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. Məktəbdə tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir. Məzunlara müvafiq hərbi ixtisaslarla bərabər “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisası və “leytenant” hərbi rütbəsi verilərək Daxili Qoşunlarda müvafiq vəzifələrə təyin edilirlər.
OXŞAR XƏBƏRLƏR