DİN Xoşqədəmin verilişindəki iddialarla bağlı açıqlama: "Ucuz şoudur"

DİN Xoşqədəmin verilişindəki iddialarla bağlı açıqlama: "Ucuz şoudur"
MAQAZİN
10:32 25.02.2018
9329
Daxili İşlər Nazirliyi (DİN) Naftalanda baş verən səs-küylü hadisəyə münasibət bildirib.

AZXEBER.COM-un milli.az-a istinadən məlumatına görə, DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, fevralın 23-də "Xəzər" telekanalında yayımlanan "Səni axtarıram" proqramında və sonra bəzi xəbər saytlarında Naftalan şəhərində Çiçək adlı bir nəfərin oğurlanaraq guya asıldığı, bu səbəbdən iki gün komada qaldığı, qızın ailəsinin isə naməlum şəxslər tərəfindən hədələndiyi barədə yayılan məlumatlar aşkar dezinformasiyadır.

Bu cür məlumatlar sonuncu şəxsin özünün və ailə üzvlərinin məlum bir cinayət işinin ətrafında ictimaiyyəti bilərəkdən aldatmaq məqsədilə yaratdıqları boş hay-küydən, ucuz şoudan başqa bir şey deyildir.

O.Mansurzadə əslində məsələnin mahiyyətinin fərqli olduğunu qeyd edib: "Asıldığı iddia edilən qızın da aid olduğu Seyidovlar ailəsinin bəzi üzvlərinin, xüsusən babası Mirdavud Seyidovuntörətdiyi, sənədlərin saxtalaşdırılmaqla özgənin əmlakının mənimsənilməsi ilə müşayiət olunan bir cinayət işinin zorla xətm olunmasına, hazırda cərimə meydançasında saxlanılan, başqasının halal haqqı olan bir avtomobilin sonuncu şəxsə qaytarılmasına hesablanmış uğursuz bir "piar", istintaqın gedişatına əsassız, yolverilməz şəkildə qanunsuz bir müdaxilə cəhdidir.

Yayılan məlumatlarda qızın əmisi olduğu deyilən şəxsin intihar etməsinin də guya eyni şəxslər tərəfindən öyrədilməsi ilə yaxından-uzaqdan heç bir bağlılığı yoxdur. Əslində, Mirdavud Seyidovun oğlu Paşa həmyerlisi Niyaməddin Məmmədova və qeyrilərinə külli miqdarda borclu olub. Sahiblərin tələb etdiyi pulu qaytara bilməməsi səbəbindən P.Seyidi 2015-ci il tarixdə şəhərin istifadəsiz qalmış "Köhnə bazar" adlı tikilisində özünü asaraq intihar edib.

Məlumat üçün deyək ki, bu faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi başlanılaraq istintaq aparılmış, nəticəsi üzrə xitam qərarı verilmiş cinayət işinin sonrakı gedişatına şəxsi maraqlarından irəli gələn səbəbdən təzyiq göstərmək məqsədilə M.Seyidov bir neçə ailə üzvü ilə birlikdə 2016-cı ilin dekabr ayında, ikinci dəfə isə 04.05.2017-ci il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində yerləşən təmas xəttindən düşmən tərəfə keçməyə cəhd göstərib, lakin hər ikisində bu cəhdlərin qarşısı hərbçilər və polis əməkdaşları tərəfindən alınıb.

Oğlunun ölümündə günahkar saydığı N.Məmmədova məxsus "Volksvagen" markalı avtomaşını şantaj və təhdid yolu ilə mənimsəyərək öz adına keçirən M.Seyidov törətdiyi qanunsuzluğa görə cavab verəcəyini bildiyi, lakin bütün vasitələrlə bundan yayınmağa çalışdığı üçün Gəncə ŞBPİ-nin İstintaq Şöbəsində başlanılmış cinayət işinə xitam verilməsi tələbilə müxtəlif instansiyalara əsassız şikayətlər göndərib. Lakin sonuncu dəfə istəyinə nail olmayan bu şəxs yenidən ailə üzvlərini, o cümlədən üç azyaşlı nəvəsini öz avantürasına cəlb edərək təmas xəttini qanunsuz olaraq keçməyə çalışıb.

O ki qaldı asıldığı, təzyiqə məruz qaldığı bildirilən Çiçək Seyidiyə, onunla bağlı yalnız bir fakta toxunmaq istərdik. Cari il fevralın 19-da Naftalanda istirahət edən qonaqların müraciəti əsasında şəhərin mərkəzində cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirməklə qeyri-etik hərəkətlər etdiklərinə, ictimai qaydanı pozduqlarına görə bu qız bir tanışı ilə ŞPŞ-yə gətirilib. Burada hər iki şəxs barəsində İXM-nin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə edildikdən və profilaktiki söhbət aparıldıqdan sonra sərbəst buraxılıb.

Məhz bu olaydan iki gün sonra Ç.Seyidi DİN-nin "102"-Zəng Mərkəzi" Xidmətinə zəng edərək polis əməkdaşları barədə indi bəzi KİV-lərin tirajladığı şantaj xarakterli, biri-biri ilə məntiqi bağlılığı olmayan məlumatlar verib. Çiçəyin babası M.Seyidov, sonuncunun iki gəlini son bir ay ərzində təhdid olunmalarına dair "102" Xidmətinə müxtəlif xarakterli müraciətlər ediblər. M.Seyidovun, ailə üzvlərinin, o cümlədən asıldığı iddia olunan nəvəsinin də həyatlarının təhlükədə olması ilə əlaqədar DİN-də, Naftalan ŞPŞ-də və prokurorluq orqanlarında dəfələrlə araşdırmalar aparılıb, lakin göstərilən xüsusatlar heç bir halda öz təsdiqini tapmayıb".

O.Mansurzadənin sözlərinə görə, təəssüf doğuran digər vacib məqam da ondan ibarətdir ki, ucuz sensasiya və reytinq dalınca qaçan, bundan ötrü bütün vasitələrə əl atan bəzi proqramlar, xəbər saytları doğru-dürüstlüyü elə ilk andaca böyük şübhə doğuran belə məlumatlar ətrafında yersiz şou düzənləyir, qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq heç bir dövlət orqanı ilə zəruri dəqiqləşdirmə, yoxlama aparmadan belə dezinformasiyaları yayımlayır, bununla da cəmiyyətdə narahatlıq, vətəndaşlarda çaşqınlıq yaradırlar ki, bu da qətiyyən yolverilməzdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
21:03 11.03.2025
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
20:57 11.03.2025
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
20:54 11.03.2025
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
20:45 11.03.2025
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
20:38 11.03.2025
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
20:30 11.03.2025
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
20:27 11.03.2025
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
20:14 11.03.2025
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
20:10 11.03.2025
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
20:00 11.03.2025
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
"Banu Günel" in ölüm xəbəri yayıldı
19:51 11.03.2025
"Banu Günel" in ölüm xəbəri yayıldı
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
19:36 11.03.2025
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
19:23 11.03.2025
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
Qadınlar yalanı daha tez hiss edir
19:10 11.03.2025
Qadınlar yalanı daha tez hiss edir
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
18:57 11.03.2025
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
18:46 11.03.2025
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir