UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" Ukraynanın "Dinamo Kiyev" klubu ilə qarşılaşır. AZXEBER.COM xəbər verir ki, Polşanın Lyublin şəhərində yerləşən "Arena Lublin" stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 21:00-da start götürüb. Görüşü Danimarkadan olan hakimlər briqadası idarə edir.