"Dinamo"nun baş məşqçisi: "Qarabağ"la matç çox gərgin keçəcək"

"Dinamo"nun baş məşqçisi: "Qarabağ"la matç çox gərgin keçəcək"
İDMAN
17:42 12.08.2026
275
"Dinamo"nun "Qarabağ"la matçı çox gərgin keçəcək.

Bunu Ukrayna klubunun baş məşqçisi İqor Kostyuk UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunundan öncə mətbuat konfransında deyib.

O, qarşılaşmadan gözləntilərini açıqlayıb:

"Qarabağ"ı çox yaxşı tanıyırıq. Qurban Qurbanov uzun illərdir komandanı çalışdırır. Avrokubok təcrübələri çoxdur. Balanslaşdırılmış heyətə malikdirlər. Bu da oyuna əlavə maraq qatır".

Mütəxəssis Azərbaycanda xoş qarşılandıqlarını söyləyib:

"Şəhəriniz və insanlarınız xoş təəssürat bağışladı. Ümumiyyətlə, Azərbaycan xalqının bizə münasibəti çox xoşdur. Bizə dəstəklərini yüksək qiymətləndiririk. Buna baxmayaraq, oyunun çox gərgin keçəcəyini deməliyəm".

Qeyd edək ki, "Qarabağ" - "Dinamo" matçı avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Komandalar arasında Polşada baş tutan ilk görüşdə Ukrayna təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
 
///report
OXŞAR XƏBƏRLƏR