Dinara Əliyeva Plasido Dominqo ilə birlikdə çıxış edib - VİDEO

MƏDƏNİYYƏT
23:38 29.11.2021
308
Azərbaycanın xalq artisti Dinara Əliyeva Moskvanın Böyük Teatrında çıxış edib. O, burada Cüzeppe Verdinin "Traviata” operasında dünya şöhrətli ispan tenoru Plasido Dominqo ilə bir səhnəni paylaşıb.

Vaşinqton Milli Operasının direktoru, amerikalı opera və teatr rejissoru Françeska Zambellonun səhnələşdirdiyi əsərində Əliyeva Violetta Valerinin, Dominoqo isə Jorj Jermonun partiyasını ifa edib.

Onları Rusiyanın əməkdar artisti Tuqan Soxiyevin rəhbərliyi ilə Dövlət Akademik Böyük Teatrının simfonik orkestri müşayiət edib.

OXŞAR XƏBƏRLƏR