“Dindarın, namaz əhlinin əlində silah, avtomat və qumbara yox, Qurani Kərim olmalıdır…”
Bütün Xəbərlər
21:16 03.12.2015
2403
Son zamanlar gündəmdən düşməyən Nardaran hadisələriylə bağlı sosial şəbəkələrdə həmyerlilərimizin radikal dindarlara qınaq dolu statusları davam edir.Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Cəlal Qurbanov da Nardaranda baş verən hadisələrə biganə qalmayıb. O, öz facebook səhifəsində Hacı Talehin sosial şəbəkələrdə paylaşılan çıxışına maraqlı şərh yazıb. Bu şərhində o həmçinin Nardaran əhalisinə müraciət edib.AZXEBER.COM həmin şərhi oxucularına təqdim edir:“Haci qardaş, (Taleh Bağırzadə red.) Azərbaycanın bir neçə tarixi şəxsiyyətlərin adlarını sadaladı, lakin Heydər Əliyevin adını unutdu. Yəqin o neçə illərdir ki, Nardaran əhlinin dövlətə milyonlarla qaz pulu borcunu ödəmədiyinə görə, “utanıb” Ulu Öndərin adını dilə gətirsin.Bir də ki, hacı özü deyir ki, Azərbaycan tolerant ölkədi və onun üçün də Gürcüstandakı məscidlərə, bir sira kilsələrə, o cümlədən bir erməni kilsəsinə qaz pulsuz verilir.Və buna göra Nardaran əhlini qızışdırır ki, bas niyə erməni kilsəsinə qaz verilir, sizin kəndə qaz verilmir.Və bu çıxışı dinc əhalini, gör hansi vəziyyətə saldi…Yəqin haci görməyib ki, yaşadığı ölkənin bütün rayonları və kəndləri, günü gündən abadlaşır və gözəlləşir.Əsl dindar insanlar hər günlərini şükür və dua içində yaşayırlar. Lakin sizin kimi Iranyönümlü "dindarlarımızdır" şiələrin adlarına ləkə gətirənlər. hacının, möminin, dindarın, namaz əhlinin silahı, avtomat, tapança, qumbara yox, Qurani Kərim olmalidir!!Nardaran əhlinə müraciət edirəm!Mömin atalar və qardaşlar, möminə analar və bacılar!Allahınızı sevin, Peyğəmbər və onun Əhli beytini sevin, sizin bu sevgiyə və ehtirama heç kim, heç nə demir.Imam Əli buyurduğu kimi, ovladlariniza savad verin bilik verin. Və bu fitnə- fəsadlari yaradanlar, bu dövləti, bu milləti sevməyənlərin xain, xudbin insanlar olduğunu unutmayın.Allah hər birimizi qorusun!