Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri artırılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri artırılıb
Bütün Xəbərlər
19:09 17.05.2015
1168
Yeni qərar.
Nazirlər Kabineti “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”də dəyişiklik edib.
AZXEBER.COM-un məlumatına görə, dəyişiklik Azərbaycan vətəndaşlarının xarici ölkələrdə yerləşən ziyarətgahlara turlarını nəzərdə tutan turizm fəaliyyəti ilə bağlıdır.
Bundan sonra xarici ölkələrdə yerləşən ziyarətgahlara turlar nəzərdə tutan turizm fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) rəsmiləşdirilməsi məqsədi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi tələb olunacaq.
OXŞAR XƏBƏRLƏR