"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əsas prinsiplər" adı altında sənədin imzalanması və ya onun mətninə dair razılaşdırma prosesində əhəmiyyətli irəliləyiş ola bilər" - o qeyd edib. Dünən Kreml təsdiq edib ki, növbəti üçtərəfli görüş iyunun 24-də Kazanda keçiriləcək. Bu görüş 2009-cu ildən bəri say etibarilə artıq doqquzuncu - bu il isə ikinci olacaq. "Növbəti üçtərəfli görüş çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirəsi planlaşdırılır" - Kremlin mətbuat xidmətinin məlumatında deyilir. Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bundan əvvəl məlumat vermişdi ki, "gözləntilər böyükdür. Əldə olunan razılaşmalara əsasən, qarşıdakı sammitdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əsas prinsiplər haqqında tam layihənin müzakirəsi nəzərdə tutulur". O qeyd edib ki, bu sənədin xülasəsi üç ölkənin xarici işlər nazirlərinin apreldə və iyunda Moskvada keçirilmiş görüşlərində razılaşdırılıb. "Aparılan müzakirələr zamanı bir sıra əsas məsələlər üzrə mövqeləri yaxınlaşdırmaq mümkün olub. Prezidentlər bu işlərə baxacaq və müvafiq qərar qəbul edəcək" - diplomat bildirib. "Rusiya tərəfi irəliləyiş olacağına və prosesin bundan sonra daha fəal gedəcəyinə ümid edir" - Lukaşeviç qeyd edib.