Diplomatik korpus Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər

Diplomatik korpus Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər
SOSİAL
17:52 11.09.2026
458
Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatik korpusun nümayəndələri Şuşa şəhərində Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərini ziyarət ediblər.

Diplomatlara işğal dövründə erməni vandalizminə məruz qalan bu büstlərin talan edilərək Ermənistana aparıldığı və metal qırıntısı kimi əridilməyə cəhd göstərildiyi barədə məlumat verilib.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin müdaxiləsi nəticəsində abidələr Azərbaycana qaytarılıb.
 




OXŞAR XƏBƏRLƏR