‘Diplomatik psixologiya’ layihəsinin bağlanış mərasimi keçirilib - FOTOLAR

‘Diplomatik psixologiya’ layihəsinin bağlanış mərasimi keçirilib - FOTOLAR
GƏNCLİK
15:21 11.03.2014
1910

10 mart tarixində "İRƏLİ” İctimai Birliyinin Gəncə şəhər nümayəndəliyi və Gəncə Regional Psixoloqiya Mərkəzinin birgə keçirdiyi "Diplomatik psixologiya" layihəsinin bağlanış mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan “İRƏLİ” İctimai Birliyinin Gəncə şəhər nümayəndəliyinin sədriElmir Bağırovlayihənin gedişatı haqda ətraflı məlumat verib, gənclərin diplomatiya sahəsindəki olan biliklərini artırmaq və psixologiyanın bir elm kimi bu davranışlara təsirindən danışıb və dəstəyə görə Gəncə şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasinın Gəncə şəhər təşkilatına öz minnətdarlığını bildirib.

Tədbirdə iştirak edən Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisiMüşfiq Cəfərov, Yeni Azərbaycan Partiyasinın Gəncə şəhər təşkilatının sədriFərid Dünyamalıyevvə təlimçi Gəncə Regional Psixologiya Mərkəzinin rəhbəriZahid Tağıyevöz təəssüratları ilə bölüşüb, gənclərə gələcək fəaliyyətlərində uğurlar arzu ediblər.

Daha sonra layihəni müvəffəqiyyətlə başa vuran 30 gəncə sertifikat, GPRM-in rəhbəri Zahid Tağıyevə isə “İRӘLİ" adından Təşəkkürnamə təqdim olunub.

Sonda xatirə fotosu çəkilib.

OXŞAR XƏBƏRLƏR