“Diqqət Azərbaycana!” layihəsi nədən bəhs edir?

“Diqqət Azərbaycana!” layihəsi nədən bəhs edir?
Bütün Xəbərlər
01:39 11.02.2016
807

Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Fransaya işgüzar səfərə gedib.

AZXEBER.COM-un məlumatına görə, səfərin ilk günü – 8 fevral tarixində Hərəkat rəhbərinin Fransa Avropa Hərəkatının Baş Katibi xanım Dominika Rutkovska-Falorni ilə görüşü olub. Fransa Avropa Hərəkatının baş ofisində gerçəkləşən görüş zamanı səfərin gündəliyi, “Diqqət Azərbaycana!” layihəsi ətrafında əməkdaşlıq, Amsterdamda baş tutacaq Beynəlxalq Avropa Hərəkatının Baş Assambleyası qarşısında Azərbaycana dəstək üçün hərəkət planı ətrafında geniş müzakirə aparılıb.

Səfərin ikinci günü - 9 fevral tarixində R. Hacılı Avropa Parlamentinin Fransa bürosunun İctimai Ələqələr üzrə rəhbəri xanım Katarziyna İskra və İnformasiya Şöbəsinin rəhbəri xanım Besma Maqrebi-Mansori, Fransa Xarici İşlər Nazirliyinin Qafqaz və Orta Asiya şöbəsinin direktoru cənab François Delehouss və şöbənin baş məsləhətçisi cənab Konstantin Prevelaksla görüşüb. Görüşlər zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan Avropa Hərəkatının fəaliyyəti, “Diqqət Azərbaycana!” layihəsi çərçivəsində əməkdaşlıq müzakirə olunub.

Qərara alınıb ki, Fransa mətbuatında Azərbaycana dəstək xarakterli yazıların yayımlanması, Avropa Parlamentinin fransız deputatları ilə əlaqələrin gücləndirilməsi və layihələrə cəlb olunması istiqamətində işlər aparılsın.

Səfər zamanı Fransanın əsas media orqanları olan “Le Monde “, “L-HUMANITÉ”, “LIBÉRATION” ilə əməkdaşlıq sahəsində ilkin razılıq əldə edilib.

Avropa səfərini davam etdirən Ramin Hacılı nəzərdə tutulan növbəti görüşlər üçün 10 fevral tarixində Almaniyaya yola düşüb.

Sonda qeyd edək ki, “Diqqət Azərbaycana!” layihəsinin məqsədi Qərb mətbuatında Azərbaycanla bağlı materiallar yaymaq, ictimai fikir yaratmaq, Azərbaycanı qərb dünyasına yaxınlaşdırmaqdı . Son zamanlar aparılan anti-Azərbaycan təbliğatı fonunda həqiqətlərin yayılması layihənin əsas məqsədidir.

OXŞAR XƏBƏRLƏR