Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, fevralın 2-də Bakı və Abşeron yarımadasında hava şəraitinin yenidən daha da kəskinləşəcəyi gözlənilir. Güclü şimal-qərb küləyinin əsəcək, qar yağacaq. Çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.