Diqqət! Bakıda təhlükəli süd məhsulları satılır - ADLAR
Bütün Xəbərlər
23:07 05.03.2012
2278
Bakıda satılan süd məhsullarından bəzilərində bakterial çirklənmə halları üzə çıxıb.AZXEBER.COM-un məlumatına görə, bunu Day.Az saytına açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildirib. O, deyib ki, Bakı, Sumqayıt və Abşeron rayonunda aparılmış laboratoriya yoxlamaları zamanı 100 süd və süd məhsulu nümunəsindən 5-də bakterial çirklənmə aşkarlanıb.Araşdırma zamanı Bakının Suraxanı rayonu ərazisində keyfiyyətsiz süd məhsulları istehsalı ilə məşğul olan sex də üzə çıxarılıb.