Diqqət: Bakının bəzi yollarında sıxlıq müşahidə olunur - XƏRİTƏ

Diqqət: Bakının bəzi yollarında sıxlıq müşahidə olunur -  XƏRİTƏ
Bütün Xəbərlər
18:16 25.11.2014
2676

Yollarda olan son vəziyyət “AvtoFM” radiosunun efirində açıqlanır.

Bakının bəzi küçələrində sıxlıq müşahidə olunur.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsi (Karl Marks adlanan ərazi) aparılan təmir işləri ilə əlaqədar bağlı olduğu üçün hal-hazırda Həsən Əliyev küçəsində və Azadlıq prospektində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.

Bundan əlavə, Mikayıl Hüseynov pr. (Azneft dr-si ist.), Tbilisi pr. hər iki ist., Təbriz küç. (şəhər ist.) Ə.Haqverdiyev küç. (Olimp ist.) Rövşən Cəfərov küç. (20 yanvar d-si ist), Eldar Babayev küç (Yeganə şadlıq s-nın yanı) sıxlıq müşahidə olunur.

Qeyd edək ki, Bakı şəhərinin yollarında olan son vəziyyətlə bağlı operativ məlumat hər 30 dəqiqədən bir 107.7 – “AvtoFM” radiosunun efirində açıqlanır.//oxu.az

OXŞAR XƏBƏRLƏR