Diqqət! Bu gündən Sovet əmanətlərinin qaytarılmasına start verilir

Diqqət! Bu gündən Sovet əmanətlərinin qaytarılmasına start verilir
DÜNYA
10:12 01.06.2012
2344
“Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən birdəfəlik ödəmələrin verilməsi prosesi bu gündən başlanır.Fərmana əsasən Nazirlər Kabineti tərəfindən Maliyyə Nazirliyinin nəzdində Xüsusi Komissiya yaradılıb. Komissiyanın vəzifələri əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi, yarana biləcək problemlərin həllini və nəzarəti həyata keçirməkdir.Bu gündən etibarən sənədləri qaydasında olan vətəndaş əmanət kitabçasındakı kassa nömrəsinə uyğun olaraq təyin olunmuş bank filial və ya şöbəsinə, habelə bu məsələ ilə bağlı yaradılmış xüsusi məntəqələrə müraciət edə bilər. Hazırda bankın 143 (Bakıda 65, regionlarda 78) filial, şöbə və məntəqəsi vardır. Vətəndaş müraciət edəcəyi məntəqəni bankın internet saytında yaradılmış xüsusi bölmədə tapa biləcək.Maliyyə Nazirliyinin məlumatına görə, qaydalara uyğun gələn əmanət hesablarının sayı 2 milyon 400 mindir. Nazir Samir Şərifovun fikrincə, belə böyük məbləğdə pulun vətəndaşlara qaytarılması nəticəsində yarana biləcək inflyasiya riski aşağıdır. Belə ki, qaytarılacaq pullar istehlak bazarına çıxarılarsa bu, tarazlığı müəyyən mənada poza bilər. Belə bir riskin minimuma endirilməsi üçün nazir əhaliyə alacaqları vəsaitləri yenidən banklara əmanət şəklində yatırmağı məsləhət görüb. Həmçinin, yay aylarında ənənəvi olaraq qiymətlərin enməsi müşahidə olunur. Əmanətlərin qaytarılmasının əsas hissəsi də yay aylarına düşəcək.Təqdim olunacaq sənədlərin yoxlanılması prosesi maksimum 5 gün çəkəcək. İtirilmiş və yararsız hala düşmüş kitabçaların bərpası ilə isə Xüsusi Komissiya məşğul olacaq. Onların taleyi komissiyanın rəyinə əsasən həllini tapacaq. Mənfi cavab almış vətəndaş yenidən komissiyanın özünə və ya son halda məhkəməyə müraciət etmək hüququna malikdir. Ərizələrin qəbulu ilin sonuna, birdəfəlik ödəmələrin verilməsi isə 2013-cü il dekabrın 31-nə qədər nəzərdə tutulub.Qaçqın və məcburi köçkünlərin itmiş əmanət kitabçaları da mütləq bərpa olunacaq. Bu məqsədlə Daxili İşlər Nazirliyinin sorğu bazasından da istifadə ediləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda 70 yaşlı qadın sirkə turşusunu içərək ölüb
23:31 02.05.2025
Sumqayıtda 70 yaşlı qadın sirkə turşusunu içərək ölüb
Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik olacaq
22:47 02.05.2025
Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik olacaq
“Traktor” vaxtından əvvəl İran çempionu olub
22:27 02.05.2025
“Traktor” vaxtından əvvəl İran çempionu olub
Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
22:13 02.05.2025
Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
Bir evdən dörd tabut çıxdı - Valideynlər yaşadıqları ağrını danışdılar - VİDEO
21:55 02.05.2025
Bir evdən dörd tabut çıxdı - Valideynlər yaşadıqları ağrını danışdılar - VİDEO
Adnan Oktar iki cinayətdən bəraət aldı: "Qadınların mənə olan sevgisi çox qısqanıldı"
21:33 02.05.2025
Adnan Oktar iki cinayətdən bəraət aldı: "Qadınların mənə olan sevgisi çox qısqanıldı"
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib
21:24 02.05.2025
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib
Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapılıb
21:12 02.05.2025
Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapılıb
Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib
21:05 02.05.2025
Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
20:42 02.05.2025
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
20:31 02.05.2025
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
Aqata Musenize ikinci dəfə ərə gedir - FOTO
20:20 02.05.2025
Aqata Musenize ikinci dəfə ərə gedir - FOTO
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
20:09 02.05.2025
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
Məşhur aktyor zəlzələyə görə İstanbulu tərk etdi
19:59 02.05.2025
Məşhur aktyor zəlzələyə görə İstanbulu tərk etdi
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
19:48 02.05.2025
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək
19:37 02.05.2025
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək