Diqqət: Bu yollar təhlükəlidir - SIYAHI

Diqqət: Bu yollar təhlükəlidir - SIYAHI
Bütün Xəbərlər
10:25 31.01.2014
1747

“Yol qəzası baş verdiyi üçün hərəkətdə müəyyən sıxlıqlar yaranıb”.

Paytaxt ərazisində qarlı hava ilə əlaqədar olaraq təhlükəli yolların siyahısı açıqlanıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, hazırda paytaxtın Babək, Tbilisi, Neftçilər prospektində yollarda buzlaşma müşahidə edilir.

Heydər Əliyev prospektinin sağ hərəkət hissəsində yol qəzası baş verdiyi üçün hərəkətdə müəyyən sıxlıqlar yaranıb.

V.Əsədov, həmçinin bildirib ki, hazırda müvafiq qurumlar küçə və prospektlərin qardan təmizlənməsi üçün lazımi tədbirlər görür.

Şöbə rəisi yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün sürücülərdən diqqətli olmağı, idarə etdikləri avtomobillərdə mövsümi təkərlərdən istifadə etməyi, yüksək sürətdən uzaq olmağı məsləhət görüb.(APA)

OXŞAR XƏBƏRLƏR