Bu gün saat 11:00-dan etibarən.
Bakıda daha bir yol təmirə bağlanır.
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan etibarən, Beton yolda (Gəncə prospektindən Hövsan dairəsinə kimi) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.