Diqqət! Hava soyuyacaq, qar yağacaq

Diqqət! Hava soyuyacaq, qar yağacaq
Bütün Xəbərlər
13:23 14.03.2012
1930
Yaxın 2 gündə ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək. Havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Temperatur ötən günlərlə müqayisədə 4-6 dərəcə enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında martın 15-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağıntılı, axşam bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3, günün birinci yarısında 5-7 dərəcə isti, axşam 2 dərəcəyədək isti olacaq. Martın 16-da fasilələrlə yağıntılı olacağı, sulu qar, bəzi yerlərdə qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 1-4 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında sabah havanın arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 6-11 dərəcə şaxta olacaq.
OXŞAR XƏBƏRLƏR