Magistrlar imtahanlarının vaxtının dəyişdirilməsi Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı ölkəmizdə geniş miqyasda xatirə tədbirlərinin keçirilməsi ilə əlaqədardır.
TQDK-dan AZXEBER.COM-a verilən məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-ci il fevralın 26-da Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı ölkəmizdə geniş miqyasda xatirə tədbirlərinin keçiriləcəyini nəzərə alaraq, magistraturaya qəbul imtahanının birinci mərhələsinin mart ayının 4-də keçirilməsi barədə qərar qəbul edib.