Diqqət! YAP müxalifət partiyalarını televiziya debatlarına çağırdı
Bütün Xəbərlər
01:32 27.09.2011
1301
Azərbaycanın hakim partiyası müxalifət partiyalarını televiziya debatlarına çağırır. "Müxalifət partiyaları iddia edirlər ki, guya onlar televiziyalara buraxılmırlar, halbuki özləri gəlməyə qorxurlar. Debata onların heç biri çıxa bilmir. Halbuki indiyə qədər onlar neçə dəfə televiziya kanalları tərəfindən debatlara dəvət olunsalar da, son anda gəlməkdən imtina ediblər, öz müavinlərini, müşavirlərini və sair göndərəcəklərini deyiblər", - bu barədə bazar ertəsi Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov bildirib. "Müxalif partiyalar iddia edirlər ki, onlara efir verilsin və çıxış edərək öz təbliğatlarını aparsınlar. Bu isə mümkün deyil", - Novruzov əlavə edib. "İsa Qəmbər də, Əli Kərimli də gəlsinlər televiziya debatlarına, diskussiya edək. Mən onlara ictimaiyyətin qarşısında sübut edim ki, onlar insanları qızışdırıb, yolundan azdırıb xarici dövlətlərə işləməyə təhrik edən adamlardır", - YAP icra katibinin müavini vurğulayıb. Novruzov Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlinin 2 aprel məhbuslarının məhkəməsində aksiyalara görə bütün məsuliyyəti öz üzərlərinə götürdükləri barədə səsləndirdikləri bəyanatlara da münasibət bildirib.