Hadisə Türkiyədə yaşanıb
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, 80 yaşında olan qadın yatarkən diş protezini ağzından çıxarmayıb. Qadın yuxuda olanda protez onun nəfəs borusunu tutmağa başlayıb.
Təcili yardıma zəng edərək qadını xəstəxanaya yerləşdiriblər. Həkimlərin uzun sürən müdaxiləsindən sonra protezi qadının boğazından çıxartmaq mümkün olub.

