DMM: Pakistanlıların Məkkə sazişinə etirazları ilə bağlı iddialar əsassızdır

DMM: Pakistanlıların Məkkə sazişinə etirazları ilə bağlı iddialar əsassızdır
DÜNYA
21:30 07.10.2026
153
Bəzi sosial media hesablarında və mətbuat orqanlarında Pakistan xalqının Məkkə sazişinə etiraz etmək məqsədilə küçələrə axışdığı barədə iddialar həqiqətə uyğun deyil.

AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Sözügedən paylaşımlarda istifadə olunan görüntülər, iddia edildiyi kimi Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasındakı diplomatik proseslərlə və ya hər hansı bir razılaşma ilə əlaqədar deyil", - məlumatda bildirilib.

Qeyd olunub ki, aparılan araşdırmalar nəticəsində bəhs olunan görüntülərin Pakistanda daha əvvəl keçirilmiş daxili siyasət yönümlü nümayişlərə aid olduğu müəyyən edilib:

"Ölkəmizin də yer aldığı sülhü, əmin-amanlığı və sabitliyi möhkəmləndirmək məqsədi daşıyan diplomatik təşəbbüsləri hədəf alaraq ictimaiyyəti çaşdırmağa çalışan manipulyativ paylaşımlara və qavrayış əməliyyatlarına etibar edilməməsi xüsusilə xahiş olunur".
 

OXŞAR XƏBƏRLƏR