Doktoranturaya lazım olan sənədlər

Doktoranturaya lazım olan sənədlər
Bütün Xəbərlər
08:18 10.09.2012
2993
Bununla bağlı oxucularda müəyyən suallar meydana çıxıb. Xəyalə adlı oxucu Milli.Az-a müraciət edərək doktoranturaya qəbul olunmaq üçün hansi sənədlər tələb olunduğunu və hara müraciət etməyin vacibliyini öyrənmək istəyir.
AMEA-nın doktorantura və kadrlar şöbəsindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 129 №-li 01 iyul 2010-cu il tarixli qərarına uyğun olaraq fəlsəfə doktoru proqramı üzrə doktoranturaya (ali təhsili olan ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər tələb olunur:
- doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına ərizə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- iş yerindən xasiyyətnamə;
- 3 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş sürəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Doktoranturaya sənədlər sentyabrın 1-dən 30-dək qəbul edilir.
Qəbul imtahanları oktyabr ayında keçiriləcək.
Doktoranturaya qəbul imtahanlarına buraxılmış şəxslərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq iş yerindən 30 təqvim günü müddətində ödənişli məzuniyyət verilir. İstehsalatdan ayrılmaqla təhsil alan bütün doktorantlar təqaüdlə təmin olunurlar. AMEA-nın elmi müəssisələrinə qəbul olunanlar yataqxana ilə təmin olunmurlar.
Şöbənin rəhbəri Sara Əfəndiyeva açıqlamasında bildirdi ki, doktoranturaya qəbulla bağlı elan AMEA-nın binasında yerləşdirilib. Sənədləri hara və necə verilməsi elanda aydın yazılıb.
OXŞAR XƏBƏRLƏR