Donald Tramp israilliləri seçkilərdə Netanyahunu dəstəkləməyə çağırıb

Donald Tramp israilliləri seçkilərdə Netanyahunu dəstəkləməyə çağırıb
DÜNYA
08:06 26.10.2026
216
ABŞ Prezidenti Donald Tramp qarşıdan gələn seçkilərdə İsrail vətəndaşlarını baş nazir Benyamin Netanyahuya səs verməyə çağırıb, onun fəaliyyətini və Vaşinqtonla əməkdaşlığını yüksək qiymətləndirib.

Amerika lideri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

Tramp bir həftə əvvəl Netanyahunu açıq şəkildə dəstəklədiyini xatırladıb və bildirib ki, onların əməkdaşlığı hərbi sahədə əhəmiyyətli nəticələr əldə etməyə imkan verib.

"Düşmənlərimiz də daxil olmaqla, hər kəsə məlum olduğu kimi, "Bibi" ilə gözəl münasibətlərimiz formalaşıb və biz birlikdə qələbələr qazandıq", - o yazıb.

ABŞ Prezidenti Venesuelaya qarşı hərbi əməliyyatı xatırladaraq onu tarixdəki ən uğurlu əməliyyatlardan biri adlandırıb, eləcə də İrana qarşı əməliyyatları da qeyd edib.

Trampın iddiasına görə, birinci əməliyyat İranın nüvə silahı əldə etməsinin qarşısını almağa imkan verib, ikincinin nəticəsində isə ölkə hərbi dəniz və hərbi hava qüvvələrindən məhrum olub.

Amerika lideri həmçinin bildirib ki, İranın silahlı qüvvələri və iqtisadiyyatı ağır vəziyyətdədir, inflyasiya 301 %-ə çatıb, dəniz blokadası isə neft tədarükünə mane olur.

"Seçki məntəqələrinə gəldiyiniz zaman xatırlayın ki, "Bibi" müharibə dövrünün görkəmli baş naziri olub", - Tramp vurğulayıb.

O həmçinin xatırladıb ki, İsrail və ABŞ-nin rəqibləri bu ölkələri müvafiq olaraq "kiçik şeytan" və "böyük şeytan" adlandırırlar.

"Bütün dünyada bir daha "Amerikaya ölüm, İsrailə ölüm" şüarları səslənməməlidir və bu olmayacaq. Baş nazir postuna "Bibi" Netanyahuya səs verin. Biz başladığımız işi başa çatdırmalıyıq!" - ABŞ Prezidenti fikrini yekunlaşdırıb.
 
///report///
OXŞAR XƏBƏRLƏR