İsrail hərbçiləri HƏMAS-ın Livandakı hərbi qanadının komandirini öldürüblər

DÜNYA
19:14 17.02.2025
242
İsrail Müdafiə Ordusu (IDF) HƏMAS-ın Livandakı hərbi qanadının rəhbəri Məhəmməd Şahini öldürüb.

Bu barədə IDF-in məlumatında bildirilib.

"Bir müddət əvvəl IDF və ŞABAK-ın (İsrail Ümumi Təhlükəsizlik Xidməti) birgə əməliyyatı zamanı İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Sayda şəhərində terrorçu Məhəmməd Şahinə zərbə endirərək öldürüb. M.Şahin HƏMAS-ın Livandakı əməliyyat şöbəsinin rəhbəri olub", - məlumatda qeyd edilib.
OXŞAR XƏBƏRLƏR