“Donuz qripi” şübhəsi ilə 50 nəfərdən qan nümunəsi götürüldü

“Donuz qripi” şübhəsi ilə 50 nəfərdən qan nümunəsi götürüldü
Bütün Xəbərlər
17:46 18.01.2016
1053
Səhiyyə müəssisələrində zəruri tədbirlər görülüb.
İndiyə kimi “donuz qripi” şübhəsi ilə 50-dən artıq insandan qan nümunəsi götürülüb.
AZXEBER.COM xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yoluxma halı aşkarlanmayıb.
Bildirilib ki, səhiyyə müəssisələrində zəruri tədbirlər görülüb:
“Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında müvafiq çarpayılar ayrılıb".
Qeyd olunub ki, səhiyyə naziri Oqtay Şirəliyev 08.12.2015-ci il tarixində Azərbaycanla həmsərhəd olan İran İslam Respublikasında "donuz qripi"nin yayılması ilə əlaqədar ölkəmizdə bu xəstəliyə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə əmr imzalayıb:
“Donuz qripi xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” imzalanmış əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə donuz qripi xəstəliyi barədə tibb işçilərinin məlumatlandırılmasının təminatı tapşırılır”.
OXŞAR XƏBƏRLƏR