Dostları ilə birgə qohumunu soyan qız: “100 min pulun 5 minini qıza verəcəkdik” – VİDEO

Dostları ilə birgə qohumunu soyan qız: “100 min pulun 5 minini qıza verəcəkdik” – VİDEO
KRİMİNAL
14:55 17.05.2018
10022
Bakıda quldurluq və silsilə oğurluqlar edən dəstə üzvləri zərərsizləşdirilib.

ARB TV xəbər verir ki, Suraxanı rayon sakini Adil Babayev Xəzər Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, tanımadığı 3 nəfər şəxs onun idarə etdiyi "VAZ-2106” markalı avtomobilə müştəri kimi əyləşərək onları Türkan qəsəbəsinə aparmağı xahiş edib.

Qeyd edilən ünvana çatanda isə həmin şəxslər ona hücum edərək bir ədəd qızıl üzüyünü və 100 manat pulunu quldurluq yolu ilə ələ keçiriblər.

Araşdırma zamanı məlum olub ki, həmin şəxslər sürücünün Bülbülə qəsəbəsində yerləşən evinin və mənzildə olan seyfin açarlarını da əldə ediblər. Daha sonra dəstə üzvlərindən ikisi sürücünün yanında qalıb, digər şəxs isə zərərçəkənin evinə yollanaraq seyfdə olan 6000 manat pulu ələ keçirib.

Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər və Xətai Rayon Polis İdarələri əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Sevda Gözəlova, Şəms Məmmədov, həmçinin Masallı rayon sakinləri Samir Həşimov, Elvin Kazımov və Aysel Məmmədova saxlanılıblar.

Qeyd edək ki, taksi sürücüsündə pul olması barədə dəstə üzvü Ş.Məmmədova zərərçəkənin qohumu S.Gözəlova məlumat verib. Ş.Məmmədov isə öz növbəsində digər saxlanılanlarla birlikdə qurduqları plana uyğun olaraq qeyd edilən cinayəti həyata keçiriblər.

Aysel Məmmədova (saxlanılan şəxs): "Samirə dedi ki, belə bir adam var, heç kimi də yoxdur. Bir qız seyfi görüb və seyfdə 100 min pul var. 5 mini qıza verək, qalan pulu da bölək. Kişini bizə göstərdilər. Mən oturdum dayanacaqda, bunlar gedib kişiyə baxıb, tanıdılar. Gələndə minib maşına, Türkana sürməyini istədik”.

Türkan qəsəbəsində taksi sürücüsünün yanında E.Kazımov və A.Məmmədova qalıb, S.Həşimov isə mənzilin açarlarını götürərək zərərçəkənin evinə yollanıb və oradakı seyfdən 6000 manat pul oğurlayıb.

Araşdırma zamanı dəstə üzvlərinin Xətai rayonunda yerləşən vətəndaş Məhəmməd Əzizovun evinə oğurluq məqsədilə daxil olduqları və həmin mənzildən 5000 manat dəyərində qızıl və məişət əşyaları götürərək satdıqları məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri əməliyyat tədbirləri və istintaq hərəkətləri davam etdirilir.

Saxlanılanların digər cinayətlərdə iştirakları da istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102 - Zəng Mərkəzi” Xidmətinə və ya Xəzər Rayon Polis İdarəsinə müraciət edə bilərlər.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”