Dostuna qarşı dələzduzluq edən şəxs saxlanıldı

Dostuna qarşı dələzduzluq edən şəxs saxlanıldı
Bütün Xəbərlər
08:51 28.11.2012
890
Öz tanışına qarşı dələduzluq edən şəxs Binəqədi polisi tərəfindən saxlanılıb. Məlumata görə, Füzuli rayon sakini Məmmədov Təyyar Məhər oğlu Həsən adlı yaxın tanışından 4 500 manat borca pul alıb. Sonradan borcunu qaytara bilmədiyini görən Təyyar tanışını aldatmaq qərarına gəlib. O, qardaşına məxsus torpaq sahəsinin sənədlərini saxtalaşdırıaraq girov əvəzi Həsənə verib və ondan borcunu qaytara bilməsi üçün vaxt istəyib.Bir müddət Həsəni bu yolla aldatmağı bacaran Təyyar Məmmədov sonda ölkəni tərk edərək Rusiyaya qaçıb. Pulunu alma bilməməklə yanaşı, saxta sənədlə də aldadılan Həsən isə başına gələnlərlə bağlı Binəqədi rayon polis idarəsinə müraciət edib.Binəqədi rayon polis idarəsi əməkdaşları və qohumlarının apardığı danışıqlar nəticəsində Məmmədovu Azərbaycana geri qayıtmağa razı salmaq mümkün olub. Binəqədi RPİ-nin baş əməliyyat müvəkkili Vaqif Aslanov şübhəli şəxsin saxlanıldığını və onunla bağlı araşdırmaların davam etdiyini deyib.Saxlanılan şəxs isə törətdiyi əəməli işləməməsi ilə izah edib. “İşləyə bilmədiyim üçün pulu qaytara bilmədim. Sənəd verdim ki, pulu verəndə qaytarar”.Artıq Təyyar Məmmədov barəsində Cinayət Məcəlləsinin 320-ci və 178-ci maddələri ilə cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR