Dostunu yeyərkən tutuldu

Dostunu yeyərkən tutuldu
Bütün Xəbərlər
13:23 17.05.2011
2032

Rusiyada polis bir insana aid baş və bədənin tapılmasından sonra araşdırmalara başlayıb. İstintaq nəticəsində Nikolay Şedrin adlı bir nəfər saxlanılıb. Adının açıqlanmasını istəməyən Moskva Təhlükəsizilk işçilərindən biri bu haqda məlumat verib. O saxlanılan şəxsin insan əti yediyini söyləyib: “Şübhəlini saxlamaq üçün evinə getdiyimiz zaman onun insana məxsus ciyəri kartofla birlikdə yediyini gördük”.

Axtarış zamanı ciyərin bir hissəsi soyuducuda aşkarlanıb. Məlum olub ki, ciyər saxlanılan şəxsin dostuna məxsusdur. Lakin onun ətini yediyi dostunu niyə öldürdüyü hələ məlum deyil.

Prokurorluğun İstintaq Bürosunun apardığı ilkin dindirmələr zamanı Nikolay günahını etiraf edib. O, öldürdüyü dostunun cəsədini parçaladığını, bir qisimini çaya atdığını, bir qisimini isə soyuducunda saxladığını bildirib.

OXŞAR XƏBƏRLƏR