Doğuş zamanı ölən qadının ailəsindən ittiham - FOTOLAR
Bütün Xəbərlər
12:50 04.11.2014
1604
Ötən gün axşam saatlarında doğuş zamanı ölən qadının iki övladı qalıb. 1978-ci il təvəllüdlü Qusar rayon sakini Zərnişan Dəmir qızı Aslanova 10 gün öncə doğuşla bağlı olaraq Quba Rayon Perinatal Mərkəzinə göndərilib. Ona göndəriş Qusar Rayon Mərkəzi Xəstəxanasından verilib.Z.Aslanova Qusar rayonunun Filoba kənd sakini olub. Onun 15 yaşlı qızı, 17 yaşlı oğlu olub.Noyabrın 2-də axşam saatlarında isə o 3-cü övladını dünyaya gətirib.Ailə qadının ölümündə həkimləri günahlandırır. Belə ki, onların sözlərinə görə, doğuş normal keşib. Lakin onlara xəstəni görməyə icazə verilməyib. Ötən gün onlar yenidən xəstəxanaya getsələrdə Z.Aslanovanı görə bilməyiblər.Ailə üzvləri evə qayıdanda onlara xəstəxanadan zəng edərək xəstənin vəziyyətinin pisləşdiyi deyilib.İddialara görə, qadın ailənin icazəsi olmdan əməliyyat edilib və uşaqlığı çıxarılıb.Qeyd dək ki, buson bir ayda Qubada ikinci, ilin əvvəlindən isə üçüncü belə hadisədir.//ANS PRESS