“Çelsi” ilə müqaviləsi 2012-ci ildə bitəcək Droqbanı transfer etmək istəyən klub tək “Qalatasaray”deyil. Müştərilər arasında “Real Madrid” və köhnə klubu “Olimpik Marsel”in də adı hallanır.
Fernando Torres və David Luiz transferinə cəmi 90 milyon avro verən “Çelsi” rəhbərliyi Droqbanı gözdən çıxarıb.
“Cim-bom”lular üçün bir əngəl var ki, o da Droqbanın transfer qiymətidi. Lakin “Çelsi” rəhbərliyi oyunçunu satmaqda qərarlı olduğu üçün “Qalatasaray”ın transfer imkanları yüksək qiymətləndirilir.
“Marsel”ə qayıtmaq ehtimalı daböyük olan Droqbanı transfer etmək üçün “Qalatasaray”ın “dəridən-qabıqdan çıxacağı” gözlənilir. Çünki, cari mövsümdəki uğursuz çıxışa gör özünü azarkeşlərə bağışlatmaq istəyən rəhbərlik bu yolla fanatların könlünü almağa çalışacaq./// premyerliqa.az