Qara dənizdə gəminin Rusiya tərəfindən dronla vurulması nəticəsində bir azərbaycanlı həlak olub, biri itkin düşüb.
AZXEBER.COM Xezerxeber.az-a istindən xəbər verir ki, Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında Türkiyə bayrağı altında üzən "Röyad Məmmədov" adlı yük gəmisi dron hücumuna məruz qalıb.
Hücum nəticəsində Azərbaycan vətəndaşı, gəminin kapitanı 52 yaşlı Rüstəm Həsənov həlak olub. Atası deyir ki, oğlu bu ilin avqustdan həmin gəmidə kapitan kimi işləyib.
İsmayıl Həsənov deyir ki, oğlu ilə sonuncu dəfə hadisə baş verməzdən bir gün öncə danışıb.
Gəmi heyətində olan digər vətəndaşlarımız xilas edilib, onlardan 3 nəfəri xəstəxanaya yerləşdirilib.
Xəsarət alanlardan biri Masallı rayonu Digah qəsəbə sakini Coşqun Məmmədəliyev 3 ildir ki, gəmidə matorist kimi fəaliyyət göstərib. Hazırda Ruminiyada xəsarət alanlarla bərabər zəruri tibbi yardım alır.
Digər vətəndaşımız 2002-ci il təvəllüdlü Süleymanzadə Məhəmməd Həmzə oğlu itkin düşüb. Hazırda onun axtarış tədbirləri həyata keçirilir.











































