DSMF-yə 6 ayda 229 mindən çox müraciət daxil olub

DSMF-yə 6 ayda 229 mindən çox müraciət daxil olub
SOSİAL
10:17 08.07.2026
402
DSMF-yə ilk yarımildə 229 mindən çox vətəndaş müraciəti daxil olub.

AZXEBER.COM xəbər verir ki, 2026-cı ilin yanvar-iyun aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 229 425 vətəndaş müraciəti qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, müraciətlərin 91 034-ü pensiya, 58 147-si müavinət, 9 074-ü Prezident təqaüdü, 37 723-ü ünvanlı dövlət sosial yardımı, 7 965-i fərdi uçot və sosial sığorta, 669-u dövlət icbari şəxsi sığorta, 24 813-ü isə digər istiqamətlər üzrə olub.
OXŞAR XƏBƏRLƏR