Saxlanılan şəxs qadınları Dubaya apararaq cinsi istismara məruz qoyub
Şirvan şəhərində qadınları Dubaya apararaq, orada fahişəliyə məcbur edən qadın tutulub.ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məluma görə, Şirvan şəhər sakini Mehriban İbrahimova tutulub. Müəyyən edilib ki, M.İbrahimova qadınları Dubaya apararaq cinsi istismara məruz qoyub.Mehriban İbrahimova İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Onun digər cinayətlər də əli olub, olmadığı araşdırılacaq.Faktla bağlı istintaq aparılır.