Dünən işdən çıxarılan icra başçısı deputatlığa namizəd oldu

Dünən işdən çıxarılan icra başçısı deputatlığa namizəd oldu
SOSİAL
14:00 17.07.2024
407
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin bugünkü iclasında siyasi təşkilatın deputatlığa namizədlərinin adları müəyyən edilib.

YAP-ın namizədliyini irəli sürdüyü şəxslər arasında dünən Oğuz rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Eyvaz Qurbanov da var.

E.Qurbanovun 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizədliyinin irəli sürüləcəyi gözlənilir.

Qeyd edək ki, indiyə kimi 117 saylı Oğuz-Qəbələ seçki dairəsini parlamenmtdə YAP-ın üzvü Aqiyə Naxçıvanlı təmsil edib. O, dördüncü, beşinci və altıncı çağırış Milli Məclisinin deputatı olub.

Eyvaz Daşdəmir oğlu Qurbanov 1963-cü il fevralın 14-də Oğuz rayonunun Bucaq kəndində anadan olub. 1980-ci ildə Oğuz şəhər 2 saylı orta məktəbini bitirib. 1981–1983-cü illərdə hərbi xidmətdə olub. 1984–1988-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, 2001–2004-cü illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.

O, 1984–1999-cu illərdə Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru vəzifəsində işləyib. Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü olub.
2000-ci ildən Milli Olimpiya Komitəsinin Bakı Olimpiya Kompleksinin direktoru, 2005–2010-cu illərdə isə Oğuz-Qəbələ seçki dairəsindən Milli Məclisinin III çağırış deputat olub.

Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2011-ci il tarixli Sərəncamı ilə Oğuz Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

16 iyul 2024-cü ildə icra başçısı vəzifəsindən azad edilib.
 
///Modern.az 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda cinayət statistikası: 20 ildə nə dəyişdi?
15:26 10.07.2026
Azərbaycanda cinayət statistikası: 20 ildə nə dəyişdi?
Gəncədə qeyri-formal məşğulluq və əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbiri keçirildi
15:13 10.07.2026
Gəncədə qeyri-formal məşğulluq və əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbiri keçirildi
TƏBİB-in fotosu diqqət çəkdi: Həkim-rezidentlərin hamısı niyə qadındır?
15:09 10.07.2026
TƏBİB-in fotosu diqqət çəkdi: Həkim-rezidentlərin hamısı niyə qadındır?
Atasının ölüm xəbərini alan azərbaycanlı gəmi kapitanı vəfat etdi - FOTO
14:50 10.07.2026
Atasının ölüm xəbərini alan azərbaycanlı gəmi kapitanı vəfat etdi - FOTO
Bakıda yayılan qulaqdibi xəstliyi ilə bağlı rəsmi açıqlama
14:46 10.07.2026
Bakıda yayılan qulaqdibi xəstliyi ilə bağlı rəsmi açıqlama
Generala yüksək vəzifə verildi
14:31 10.07.2026
Generala yüksək vəzifə verildi
Daşınmaz əmlakını dövlət qeydiyyatına saldırmaq istəyənlərə şad xəbər
14:28 10.07.2026
Daşınmaz əmlakını dövlət qeydiyyatına saldırmaq istəyənlərə şad xəbər
Göyçayda obyektlərdən oğurluq edən şəxs tutuldu
14:18 10.07.2026
Göyçayda obyektlərdən oğurluq edən şəxs tutuldu
Ekoloqdan xəbərdarlıq: Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur
14:17 10.07.2026
Ekoloqdan xəbərdarlıq: Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur
Yeni turizm proqramı: Dövlət subsidiyası hansı layihələri əhatə edəcək?
14:08 10.07.2026
Yeni turizm proqramı: Dövlət subsidiyası hansı layihələri əhatə edəcək?
“Bakcell” və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüş keçirdi - Fotolar
13:44 10.07.2026
“Bakcell” və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüş keçirdi - Fotolar
Kəlbəcərdə otlaq sahədə mina partladı
13:26 10.07.2026
Kəlbəcərdə otlaq sahədə mina partladı
"BakuBus"dan sərnişinlərdən küsən sürücü ilə bağlı - AÇIQLAMA
13:10 10.07.2026
"BakuBus"dan sərnişinlərdən küsən sürücü ilə bağlı - AÇIQLAMA
""Seltik"in təklifini dərhal qəbul etdim" - Kamilo Duran
12:46 10.07.2026
""Seltik"in təklifini dərhal qəbul etdim" - Kamilo Duran
“Nə üçün pomidor, qarpız, kartof əvvəlki dadını vermir?”
12:33 10.07.2026
“Nə üçün pomidor, qarpız, kartof əvvəlki dadını vermir?”
Qarabağ Universiteti Britaniya universitetləri ilə əməkdaşlığı genişləndirir
12:29 10.07.2026
Qarabağ Universiteti Britaniya universitetləri ilə əməkdaşlığı genişləndirir