Dünya Azərbaycanlı Gənclər Birliyi ölkəmizi ABŞ-da təmsil etdi
GƏNCLİK
14:47 22.10.2012
1494
Dünya Azərbaycanlı Gənclər Birliyinin nümayəndəsi BMT-nin Nyu-Yorkda keçirilən 67-ci Baş Assamblyesının III Komitəsində çıxış edib. AZXEBER.COM xəbər verir ki, III Komitədə sosial inkişaf, qadın, uşaq haqları, qaçqın və məcburi köçkün və digər bu kimi mövzular yer alıb. Dünya Azərbaycanlı Gənclər Birliyinin nümayəndəsi Nazim İsgəndərov isə III Komitədə “Uşaq hüquqları” mövzusunda məruzə ilə çıxış edib.