Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçirilir
GƏNCLİK
14:03 12.03.2012
1909
Bu gün Bakıda "Gülüstan" sarayında Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı öz işinə başlayıb. Tədbirdə Azərbaycanda və xaricdə fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələrindən, dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alan fəal azərbaycanlı gənclərdən, həmçinin Azərbaycan diaspor təşkilatlarının rəhbərlərindən ibarət 500-dək nümayəndə və qonaq iştirak edir.Qurultayda xaricdəki diaspor təşkilatlarının işi və Azərbaycanın lobbiçilik fəaliyyətinə dair məsələlər müzakirə ediləcək.Qurultayda Dünya Azərbaycanlı Gənclər Birliyinin Nizamnaməsinin qəbulu, rəhbər orqanlarının seçilməsi planlaşdırılır. Həmçinin, azərbaycanlı gənclərin yaşadıqları cəmiyyətə inteqrasiyası məsələləri, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yeni təbliğat üsullarından istifadə və müasir informasiya texnologiyalarının tətbiqi, Azərbaycan gənclərinin lobbi quruculuğu və digər məsələlər müzakirə ediləcək.