Dünya Bankı Azərbaycana 65 milyon dollar kredit ayırdı

Dünya Bankı Azərbaycana 65 milyon dollar kredit ayırdı
MANŞET
10:30 21.05.2021
714
Dünya Bankının Direktorlar Şurasının Azərbaycanın yol layihəsinə 65 milyon ABŞ dolları dəyərində krediti təsdiqləyib.

AZXEBER.COM xəbər verir ki, "Report”un Bankdan əldə etdiyi məlumata görə, kredit "Regional bağlantılarının inkişafı” adlanan yeni yol layihəsinə ayrılıb.

Layihənin ümumi dəyəri 95,88 milyon ABŞ dolları olan layihənin məqsədi Salyan-Biləsuvar yolu boyu təhlükəsiz, səmərəli, iqlim dəyişkənliyinə qarşı dayanıqlı hərəkəti təmin etməkdir.

Layihə dörd komponentdən ibarətdir. "Nəqliyyat hərəkəti” adlı birinci komponentin dəyəri 59,24 milyon ABŞ dollarıdır, əsas alt komponent (55,63 milyon ABŞ dolları) adıçəkilən yolun 31,9-103,3 kilometrləri arasında bəzi hissələrinin ikinci dərəcə səviyyəsində bərpasını nəzərdə tutur.

2 milyon ABŞ dolları dəyərində "Yol sektorunun dayanıqlılığı” adlı ikinci komponent intellektual nəqliyyat sistemlərinin tətbiqilə yol idarəçiliyinin təkmilləşdirilməsini, yoldan istifadə etmə haqqının elektron formatda ödənişi üçün müvafiq infrastrukturun qurulmasına texniki yardım göstərilməsini nəzərdə tutur.

"Yerli inkişaf və logistika” adlı üçüncü komponentin başlıca tərkib hissəsi yolboyu logistika və bazar obyektlərinin inkişaf etdirilməsini, bunun üçün kiçik sərmayələr yatırılması üçün pilot layihələrinin tətbiqini əhatə edir.

Dördüncü komponent də layihənin idarəetmə məsələlərini əhatə edir.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankı ilə əməkdaşlıq edir. Bu dövr ərzində Bank Azərbaycanın reallaşdırdığı 50-dən artıq layihəyə 4 milyard ABŞ dolları civarında vəsait ayırıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayden xərçəng xəstəliyindən müalicəsinin gedişatını açıqlayıb
09:25 09.11.2026
Bayden xərçəng xəstəliyindən müalicəsinin gedişatını açıqlayıb
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - ABŞ-yə xəbərdarlıq
09:17 09.11.2026
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - ABŞ-yə xəbərdarlıq
Londonda Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub
09:07 09.11.2026
Londonda Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub
Kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı
08:58 09.11.2026
Kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
08:44 09.11.2026
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
08:36 09.11.2026
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb
08:30 09.11.2026
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
08:24 09.11.2026
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
08:17 09.11.2026
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib
08:03 09.11.2026
Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib
Rubio: ABŞ-İran danışıqlarında irəliləyiş yoxdur
07:54 09.11.2026
Rubio: ABŞ-İran danışıqlarında irəliləyiş yoxdur
Tramp: İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir
07:00 09.11.2026
Tramp: İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir
Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi
06:48 09.11.2026
Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi
"Barselona" "Atletiko Madrid"i geridönüşlə məğlub etdi
06:36 09.11.2026
"Barselona" "Atletiko Madrid"i geridönüşlə məğlub etdi
“38 körpünü bir saata dağıda bilərik” - Tramp İranı hədələdi
06:23 09.11.2026
“38 körpünü bir saata dağıda bilərik” - Tramp İranı hədələdi
Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub
06:13 09.11.2026
Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub