Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin illik konfransına Bakı ev sahibliyi edəcək

Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin illik konfransına Bakı ev sahibliyi edəcək
Bütün Xəbərlər
17:29 16.05.2013
1059

23-24 may tarixlərində Bakıda, Gülüstan sarayında Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin 11-ci İllik Konfransı keçiriləcək. Konfransın yerli təşkilatçısı olan Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov tədbirlə bağlı bunları bildirdi:

- İllik Konfrans Parlament Şəbəkəsinin 200-dən artıq parlamentarisini, vətəndaş cəmiyyəti və tərəfdaş təşkilatların rəhbərlərini və Dünya Bankı, BVF və regional inkişaf bankları daxil olmaqla, bir sıra Beynəlxalq Maliyyə İnstitutlarının yüksək vəzifəli rəsmilərini bir yerə toplayan flaqman tədbiridir. Bakıdakı konfransda iştiraklarını artıq dünyanın 74 ölkəsindən 235 nəfər təsdiq etmişdir. Onların sırasında 4 ölkənin parlamentlərinin spikerləri, 3 vitse-spiker, komitə sədrləri, milli parlamentlərin deputatları, Dünya Bankı və BVF-nun rəhbərliyində təmsil olunan şəxsləri qeyd etmək olar. Onu da qeyd edim ki, konfransın başlanmasına cəmi bir neçə gün qalmasına baxmayaraq konfransda iştirak etmək istəyənlərin müraciətləri hələ də daxil olmaqdadır. Biz bunu konfransa və Azərbaycana olan maraqla izah edirik.

İllik Konfrans həm üzvlərin illik ümumi iclası, həm də inkişaf konfransıdır. Müxtəlif inkişaf səhmdarları arasında düşünmə və müzakirə üçün canlı vaxt olmaqla, İllik Konfrans növbəti il üçün Şəbəkənin siyasətini müəyyən etmək imkanıdır. İki-üç günlük proqram həvəsləndirici və məlumat xarakterli sessiyalar, eləcə də müzakirə üçün bir çox imkanlardan ibarətdir. Bu vaxta qədər Şəbəkənin konfransları Haaqa, London, Bern, Afina, Helsinki, Keyptaun, Paris və Brüssel kimi şəhərlərdə keçirilmişdi.

Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsi 2000-ci ildə təsis edilmiş müstəqil təşkilatdır və 140-dan artıq ölkənin parlamentarilərinə inkişaf məqsədilə əməkdaşlıq sahəsində məsuliyyət və şəffaflığın artırılmasını dəstəkləmək üçün platformanı təmin edir. Alen Desteks Parlament Şəbəkəsinin hazırki sədridir. 2006-cı ilin yanvarından 2010-cu ilin may ayına qədər o, Belçika Parlamentlərarası Dostluq Qrupu daxilində Avrasiya ikitərəfli bölməsi və regional qrupu və xüsusilə Azərbaycan-Belçika regional qrupunun Prezidenti olmuşdur. Şəbəkə öz beynəlxalq katibliyi, regional və ölkə filialları vasitəsilə Afrika, Asiya, Avropa və Amerikada 1500-dən çox parlamentarini əhatə edir. O, parlamentlər və vətəndaş cəmiyyətinin nəzarət rolunu gücləndirməklə, inkişaf məqsədilə əməkdaşlıq prosesində şəffaflıq və məsuliyyəti artırmağa səy göstərir.

Parlament Şəbəkəsi və Azərbaycan arasında ümumi diqqət mərkəzində olan məsələlərə digər işlərlə bərabər, təbii ehtiyatların idarə edilməsi üzrə şəffaflıq, vətəndaş cəmiyyətində sosial inkişaf və maraq yaratması daxildir. XI İllik Konfrans üçün təklif edilən mövzular qeyri-neft sektorunun inkişafı, hökümət qərarlarında parlamentin iştirakı və yardımın səmərəliliyi mövzularını əhatə edəcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlqarədən diqqət çəkən paylaşım: "Hər cür insanları görmüşəm"
12:14 11.08.2025
İlqarədən diqqət çəkən paylaşım: "Hər cür insanları görmüşəm"
Azərbaycanda bu universitetlərin rus bölməsinə qəbul dayandırılıb?- RƏSMİ AÇIQLAMA
12:11 11.08.2025
Azərbaycanda bu universitetlərin rus bölməsinə qəbul dayandırılıb?- RƏSMİ AÇIQLAMA
Məleykə Abbaszadə: Bal sizin əməyinizin nəticəsidir, seçim də sizin olmalıdır
12:08 11.08.2025
Məleykə Abbaszadə: Bal sizin əməyinizin nəticəsidir, seçim də sizin olmalıdır
"Spotify" türkiyəli əməkdaşlarına qarşı araşdırma başladıb
12:02 11.08.2025
"Spotify" türkiyəli əməkdaşlarına qarşı araşdırma başladıb
Meksikalı iş adamı Bodrumda soyuldu
11:56 11.08.2025
Meksikalı iş adamı Bodrumda soyuldu
Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək
11:50 11.08.2025
Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək
“Vaşinqton görüşü Azərbaycan və Ermənistan üçün yeni başlanğıcın təməlini qoydu” - Deputat
11:46 11.08.2025
“Vaşinqton görüşü Azərbaycan və Ermənistan üçün yeni başlanğıcın təməlini qoydu” - Deputat
“Azerbaijan” və “Ilham Aliyev” həştəqləri “X” sosial şəbəkəsinin trendində!
11:39 11.08.2025
“Azerbaijan” və “Ilham Aliyev” həştəqləri “X” sosial şəbəkəsinin trendində!
Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb - SƏRƏNCAM
11:38 11.08.2025
Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb - SƏRƏNCAM
Türkiyədə 18-i uşaq olmaqla 32 immiqrant saxlanıldı
11:29 11.08.2025
Türkiyədə 18-i uşaq olmaqla 32 immiqrant saxlanıldı
"30 yaşdan sonra bürcünüzün xarakterini daşımırsınız" - Astroloqdan AÇIQLAMA
11:24 11.08.2025
"30 yaşdan sonra bürcünüzün xarakterini daşımırsınız" - Astroloqdan AÇIQLAMA
Lənkəranda yanğın törədən şəxs saxlanıldı
11:24 11.08.2025
Lənkəranda yanğın törədən şəxs saxlanıldı
Aysun 1400 nəfərə konsert verdi - FOTOLAR
11:21 11.08.2025
Aysun 1400 nəfərə konsert verdi - FOTOLAR
TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır
11:02 11.08.2025
TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır
Məşhur rok ifaçısı Almatıda konsert verəcək
11:01 11.08.2025
Məşhur rok ifaçısı Almatıda konsert verəcək
AccessBank-ın mikro və aqro kreditlər üzrə 3%-dək güzəşt kampaniyası davam edir
11:00 11.08.2025
AccessBank-ın mikro və aqro kreditlər üzrə 3%-dək güzəşt kampaniyası davam edir