Dünya Çempionatına buraxılmamışdı, UEFA Superkubokunu idarə edəcək

Dünya Çempionatına buraxılmamışdı, UEFA Superkubokunu idarə edəcək
İDMAN
14:57 12.08.2026
225

Bu gün baş tutacaq UEFA Superkubokunun final matçına somalili hakim təyin edilib.

AZXEBER.COM xəbər verir ki, bu gün PSJ ilə "Aston Villa” klubları üz-üzə gələcək.

Salzburgda baş tutacaq görüşü somalili FIFA referisi Omar Artan idarə edəcək.

Artanın təyinatı UEFA Superkuboku tarixində əlamətdar hadisə hesab olunur. O, turnirin finalını idarə edəcək ilk qeyri-avropalı hakim olacaq.

Xatırladaq ki, Omar Artan azarkeşlərə Dünya Çempionatı öncəsindən tanışdır. Belə ki, onun ABŞ vizası var olmasına baxmayaraq, 2026-cı ilin iyununda Dünya Çempionatında hakimlik etmək üçün Mayamiyə gəldikdə ABŞ sərhəd rəsmiləri onun ölkəyə girişinə icazə verməmişdilər.

ABŞ Daxili Təhlükəsizlik Departamenti bunu "yoxlama ilə bağlı narahatlıqlar”la əsaslandırmışdı. 

OXŞAR XƏBƏRLƏR