Dünya KİV-ləri: “Okampo heç vaxt Qarabağda olmasa da, Azərbaycan əleyhinə hesabat yazıb”

Dünya KİV-ləri: “Okampo heç vaxt Qarabağda olmasa da, Azərbaycan əleyhinə hesabat yazıb”
DÜNYA
18:24 19.08.2023
315
Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun Qarabağın erməniəsilli sakinlərinin qondarma "soyqırımı” ilə bağlı "ekspert rəyi” cəmi 9 gün ərzində hazırlanıb, halbuki Okamponun özü bir dəfə də olsun qondarma "soyqırımı”nın baş verdiyi yerə getməyib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "EU Today”də dərc olunan məqalədə deyilir.

Bir çox beynəlxalq KİV ("EU Today”, "Wprost”, "Sofiaglobe”, "Jauns”, "Telegraf”, "Informator”, "Focus”, UNİAN və bir çox başqaları) beynəlxalq hüquq sahəsində aparıcı hüquqşünas və ekspert, "Temple Garden Chambers” hüquq şirkətinin müşaviri olan Rodni Diksonun Okamponun Azərbaycan əleyhinə hesabatına cavabına diqqət ayırıb.

Okamponun 2012-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru vəzifəsindən istefaya getdiyini, o vaxtdan onun adının dünya KİV-ində yalnız korrupsiya qalmaqalları ilə və cinayətkarların maraqlarını ört-basdır etmək kontekstində hallandığını nəzərə alsaq, həmin şəxsin sözlərinin heç bir çəkisi yoxdur. Bunu anlayan və onun məqaləsinə cavab verənlərdən biri də Rodni Diksondur.

"EU Today” qeyd edir ki, Diksonun Okamponun hesabatı ilə bağlı gəldiyi nəticə özündə hesabatda yer alan iddiaların etibarlılığını və əsassızlığını nümayiş etdirən beş əsas qeydi ehtiva edir.

Ekspert müxtəlif arqumentlər, o cümlədən də sənədin nəyə görə ciddi nəzərdən keçirilməyə layiq olmadığına dair arqumentlər gətirir, amma ən mühüm arqument kimi beynəlxalq hüquq nöqteyi-nəzərindən soyqırımından söhbət belə gedə bilməyəcəyini göstərir.

Öz növbəsində Yunanıstanın "Themanews” agentliyi Diksonun daha bir mühüm qeydini - hesabatlarda "faktlara” münasibətdə aydın görünən ayrı-seçkiliyi vurğulayır. Okampo qondarma "soyqırımı”ndan danışır, amma humanitar yüklərin daşınması üçün başqa bir marşrutun - Ağdam-Xankəndi marşrutunun olması barədə bir kəlmə də demir.

Latviyanın "Jauns” nəşri yazır ki, Ermənistan beynəlxalq hüquq üzrə ekspert mövqeyindən razı qalmayıb və avqustun 11-də BMT Təhlükəsizlik Şurasından Diksonun "yalan” adlandığı Okampo hesabatı əsasında bu məsələ ilə bağlı təcili iclas çağırmağı istəyib.

Ukrayna, Gürcüstan, Bolqarıstan, Polşa, Litva və Moldova KİV-lərində də Okamponun hazırladığı hesabatın qərəzli olması ilə bağlı yazılar öz əksini tapıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
00:33 24.08.2026
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
Bu həftə bu bürclər üçün uğurlu olacaq
00:28 24.08.2026
Bu həftə bu bürclər üçün uğurlu olacaq
Bu ərazilərdə işıq olmayacaq
00:21 24.08.2026
Bu ərazilərdə işıq olmayacaq
İşləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin endirilməsi təklif edilir - VİDEO
00:07 24.08.2026
İşləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin endirilməsi təklif edilir - VİDEO
Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? - VİDEO
23:48 23.08.2026
Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? - VİDEO
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
23:33 23.08.2026
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub - FOTOLAR
23:24 23.08.2026
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub - FOTOLAR
Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - Video
23:20 23.08.2026
Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - Video
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTOLAR
23:10 23.08.2026
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTOLAR
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
23:08 23.08.2026
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
Xətaidə yaşayış binasında yanğın - VİDEO
22:59 23.08.2026
Xətaidə yaşayış binasında yanğın - VİDEO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLAR
22:47 23.08.2026
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLAR
15 yaşlı azərbaycanlı atletdən möhtəşəm nəticə: Avropa birinciliyində üç qızıl medal - FOTO
22:34 23.08.2026
15 yaşlı azərbaycanlı atletdən möhtəşəm nəticə: Avropa birinciliyində üç qızıl medal - FOTO
İlham Əliyev: Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır
22:31 23.08.2026
İlham Əliyev: Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır
“Media nümayəndələrinin qarşılıqlı əlaqələri çox vacibdir” - Özbəkistanlı jurnalist
22:10 23.08.2026
“Media nümayəndələrinin qarşılıqlı əlaqələri çox vacibdir” - Özbəkistanlı jurnalist
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - YENİLƏNİB
21:49 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - YENİLƏNİB