Dünya liderləri prezident İlham Əliyevi yubiley münasibətilə təbrik edirlər

Dünya liderləri prezident İlham Əliyevi yubiley münasibətilə təbrik edirlər
Bütün Xəbərlər
12:24 23.12.2011
2624

Dünya liderləri artıq Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi 50 illik yubileyi münasibətilə təbrik etməyə başlayıblar. AZXEBER.COM-un məlumatına görə, Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov, Moldova Respublikası Prezidentinin vəzifəsini icra edən Marian Lupu, Slovakiya Respublikasının Prezidenti İvan Qaşparoviç, Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov, Çexiya Respublikasının Prezidenti Vatslav Klaus, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev dövlət başçısına təbrik teleqramı göndərərək, İlham Əliyevə səmimi rəğbət və hörmət hisslərini çatdırıblar. Liderlər Azərbaycan prezidentinə səmərəli fəaliyyət, Azərbaycan Respublikasının bundan sonra da fasiləsiz inkişafını və ən əsası can sağlamlığı və uzun ömür arzulayıblar. 

OXŞAR XƏBƏRLƏR