Dünya şöhrətli cazmen vəfat etdi - VİDEO + FOTOLAR

MƏDƏNİYYƏT
08:03 06.12.2012
1749
Amerikalı caz bəstəkarı və pianoçu Deyv Brubek vəfat edib.AZXEBER.COM-un “Reuters”ə istinadən verdiyi məlumata görə, o, ABŞ-ın Konnektikut ştatındakı xəstəxanalardan birində düunyasını dəyişib.Deyv Brubek 6 dekabr 1920-ci ildə Klaiforniya ştatının Konkord şəhərində anadan olub. O, 1950-60-cı illərdə Kaliforniya cazının ən görkəmli nümayəndələrindən olan kvarteti yaradıb. Bu kollektivin ifa etdiyi məşhur əsərlərdən biri bəstəkar Pol Dezmondun 1959-cu ildə bəstələdiyi “Take Five” caz kompozisiyası olub.Deyv Brubek 1988-i ildə Moskvada Mixail Qorbaçov tərəfindən o vaxtkı ABŞ prezidenti Ronald Reyqanın şərəfinə təşkil etdiyi qəbulda çıxış edib. Dünya şöhrətli cazmen Mixail Qorbaçova müraciətlə belə deyib: “Mən rus dilində danışmıram. Amma sizin hərəkətlərinizdən görürürəm ki, ifa etdiyim musiqi ürəyinizcədir”.Deyv Brubek “Time” jurnalının üz qabığına düşən ilk caz musiqiçisidir.

OXŞAR XƏBƏRLƏR