Rubio Yaxın Şərq ölkələrinə səfər edəcək
ABŞ-nin Dövlət katibi Marko Rubio iyunun 23-dən 25-dək Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt və Bəhreynə səfər edəcək.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə, səfər zamanı Rubio Hörmüz boğazı vasitəsilə yüklərin tam, sərbəst və təhlükəsiz tranzitinin təmin edilməsi istiqamətində səyləri, eləcə də regionda sülh və sabitlik məsələlərini müzakirə etməyi planlaşdırır. ...